Modem sönürsə, gənc də sönür? - Ucuz işçi qüvvəsinin acı nəticəsi

# 20:27
25 may 2023

Sən demə, bu kolbasa siqaret çəkən toyuğun ətindən hazırlanıb. Gülməli deyil, elədir. Bunu biz demirik, məhsulu istehsal edən şirkət özü bildirib. Özü də bu etirafı birbaşa məhsulun üzərinə əlavə edib.

Məlumdur ki, marketdən və ya bazardan hansısa qida məhsulunu alarkən ilk olaraq qablaşdırmaların üzərindəki məlumatlarla maraqlanırıq. İstehsal tarixi və yararlılıq müddəti, hansı firmaya məxsus olması, tərkibi və s.

Çox tez-tez bu məhsulların üzərində olan tragikomik yazılarla rastlaşırıq. Bunu kim edir, niyə edir, bu yazılarla cəmiyyətə hansı mesajlar ötürülür?

Sosioloqlar hesab edir ki, məhsulu istehsal edən şirkətlər ucuz işçi qüvvəsi götürməkdə maraqlı olduqları üçün belə biabırçı mənzərə ortaya çıxır. Yəni savadsız işçi qüvvəsi ilə çalışmaq bu şirkətlərə maddi olaraq sərf edir. Bu sərfiyyatın da acı nətiəcəsinin bədəlini toyuğun damağına “siqaret yapışdırmaqla” ödətdirirlər. Tərcümədən bixəbər olan tərcüməçilər canlarını “google translate” ilə qurtarırlar.

Bəs yaxşı çıxış yolu nədir? Nə edək, necə edək ki, gülünc vəziyyətə düşməyək, lağ hədəfinə çevrilməyək?

Psixoloqların fikrincə, istənilən sektorda görülən işə dünyagörüşünə və  savadına görə digərlərindən fərqlənən şəxs məsul olmalıdır. Məsələ qida vasitələrinə gəldikdə isə, nəzarət mexanizmi daha da güclənməlidir. Çünki bu məhsullardan böyüklərlə yanaşı, uşaqlar da istifadə edir.

Bundan başqa müsahibimiz onu da əlavə etdi ki, bu  səhvlər işçinin işdə çox yüklənməsinin də nəticəsi ola bilər.

Bütün bunlar öz yerində. Amma fakt faktlığında qalır. Acı olsa da, fakt budur ki, indiki kadrların əksəriyyəti internet bilgiləri əsasında fəaliyyət göstərirlər. Modem söndümü, bu gənc kadrlar da sönürlər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR