Molla rejimi Xoyu unutdurmağa çalışır –Ayətullahlar yardım edənlərə niyə mane olur? - APA TV
Molla rejimi Xoyu unutdurmağa çalışır –Ayətullahlar yardım edənlərə niyə mane olur? İran hökuməti Suriyaya həm humanitar yardım, həm də xilasedici qruplar göndərib. Tehranın bu addımı bir çox yerli fəalların narazılığına səbəb olub və edilən yardımı qeyri səmimi adlandırıblar. Çünki 20 gündən çoxdur Xoy əyalətində baş verən zəlzələnin nəticələri hələ də aradan qaldırlmayıb. Hələ də soydaşlarımız gecələri küçələrdə çadırlarda keçirir. Havanın şaxtalı və qarlı olması isə vəziyyəti daha da çətinləşdirir. Fars milliyətçisi kimi tanınan jurnalistlərdən biri Reza Abbasi öz sosial media hesabında ölkə rəsmilərinə səslənərək, İran hökumətinin Suriyaya və Türkiyəyə yardımlarını səriştəsiz adlandırıb: “Suriya və Türkiyə xalqlarına kömək etmək elə bir addımdır ki, buna qarşı çıxan hər kəs qətiyyən insan deyil. Ancaq ölkə məmurlarına tənqidim budur ki, siz bu qədər operativ və tez yardımlar göndərə bildiyiniz halda, Xoy zəlzələsində niyə bu qədər səriştəsiz davrandınız?” Xatırladaq ki, Xoyda yanvar ayında 5,4 və 5,9 bal gücündə iki dəfə zəlzələ baş verib. Verilən məlumatlara görə, yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb. İnsanlar hələ də kömək gözləyirlər. Evləri dağılmış və ya zədələnmiş soydaşlarımız soyuq və qarlı havada hələ də küçələrdə qalmaqdadılar. Onu da qeyd edək ki, hökumətin yaratdığı süni maneələrə baxmayaraq, digər əyalətlərdəki soydaşlarımız zəlzələdən əziyyət çəkənlərə yardım göndərməyə davam edirlər. Bütün bunlar molla rejiminin Azərbaycan türklərinə qarşı milli diskriminasiya zəminində düşmənçilik siyasəti yürütdüyünü təsdiq edir. Siyasi şərhçi Züriyyə Qarayeva bildirib ki, İranın yardımı görünütü xarakteri daşıyır. O əlavə edib ki, dünyanın bir çox ölkələrindən, o cümlədən özlərini düşmən sayan Ermənistan və Yunanıstan da Türkiyəyə yardım göndərilir. Tehran rejimi də siyahıdan geri qalmamaq üçün bu addımı atır. “İranın xarici siyasəti Sipahi Pastaranın yəni ki, hərbi ideoloji təşkilatın göstərişləri ilə tənzimlənir”. Bunu isə “Savalan” Araşdırmalar Mərkəzinin rəhbəri, İrandan köçüb mühacir həyatı yaşayan siyasi fəal Sadiq İsabəyli deyib. O əlavə edib ki, Xoya yardımların edilməməsi də məhz bu təşkilatın qərarı ilə bağlıdır. Siyasi fəal onu da qeyd edib ki, zəlzələdən zərər çəkmişlər üçün açılmış bank hesabları molla rejimi tərəfindən bağladılıb və yardım fəalları həbs edilir. Sadiq İsabəyli onu da qeyd edib ki, Azərbaycan mediasında Xoy və ətraf ərazilərdəki dağıntılar barədə materiallara geniş yer veriləndən sonra Tehran rejimi bəzi tədbirlər görməyə başlayıb. Lakin bu addımlar da gözdən pərdə asmağa xidmət etdiyi üçün heç bir nəticə verməyib.
DİGƏR XƏBƏRLƏR

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV

Azərbaycanda körpülər niyə selə dözmür?

FHN əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə yarışında iştirak ediblər
