Müdafiə naziri sülhməramlıların yeni komandanı ilə görüşdü

# 14:58
12 yanvar 2022

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.


Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.


Qeyd edək ki, general-mayor A.ndrey Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR