Müdafiə Nazirliyi məlumat yaydı: Daha iki hərbçimiz şəhid oldu

# 14:53
17 sentyabr 2022

Ermənistanın törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbçisi şəhid olub.

 

APA TV xəbər verir ki, bu barədə MN məlumat yayıb.

 

 

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR