Naməlum şəxs gənc oğlanı bıçaqlayıb

# 04:52
16 may 2022

Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib.

Belə ki, 1996-ci il təvəllüdlü Koroğluyev Həzrət Məzahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binqədi Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR