“Narkotikdən yaşadığım "lomka" körpəmə də keçdi”
Narkomaniyanın bataqlığına düşərək həyatı məhv olan qadınlardan sadəcə biridir Fəridə Yusubova.
APA TV xəbər verir ki, 5 ildir “ağ ölüm”ün astanasında yaşayan 29 yaşlı qadını bu bataqlığa nişanlısı çəkib. Ali təhsilli, 5 il əvvələ qədər dövlət müəssisələrindən birində çalışan Fəridə xanım indi narkoloji dispanserdə müalicə alır.
Hamiləliyi boyunca narkotikdən istifadə edən Fəridə Yusubovanın 24 günlük körpəsinin səhhətində də ciddi problemlər var. Fəridənin dili ilə desək, onun tək xəyalı bu bataqlıqdan çıxıb övladına sağlam bir həyat verə bilməkdir.