NATO Rusiya ilə müharibəyə hazırlaşır - “Le Figaro”dan sensasiyalı iddia

# 14:41
22 yanvar 2022

"NATO Baltikyanı ölkələrdə hərbi qüvvələrini artırır və Rusiya ilə müharibəyə hazırlaşır”.

Bu iddia ilə Fransanın “Le Figaro” nəşri çıxış edib.

Məqalədə bildirilir ki, NATO Rusiya ilə müharibə vəziyyəti üçün xüsusi tədbirlər hazırlayır və hazırda Baltikyanı ölkələr NATO qoşunları ilə doludur.
 

Latviyadakı komandanlığa Kanada hərbçiləri, Litvadakı komandanlığa isə almanlar rəhbərlik edir.

Məlumatda o da vurğulanır ki, yerli rus sakinlərdən ehtiyat edildiyi üçün hərbi təlimlər meşəlik ərazidə keçirilir.

Sərhəddə 100 mindən çox qoşun toplayan Rusiya dəfələrlə bəyan edib ki, Ukraynanı işğal etmək fikri yoxdur. Ancaq NATO ölkələri buna inanmır, müharibənin yaxın olduğunu düşünür. Qərb ölkələri yaxın aylarda Rusiyanın Ukraynaya müharibə elan edəcəyini söyləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR