Naxçıvan xəstəxanalarında biabırçı durum - Aparat alıblar, hissələri yoxdu

# 14:53
29 mart 2023

Naxçıvan Muxtar Respublika ərazisində yerləşən xəstəxanaların əksəriyyəti avadanlıqlar istifadəyə yararsız vəziyyətdədir. Muxtar Respublikanın Mərkəzi Xəstəxanasında MRT cihazı işləmir. Xəstəxananın laboratoriyası da fəaliyyətini uzun zamandır ki, dayandırıb.

 

Muxtar Respublika Mərkəzi Xəstəxanasının həkimi Zəburə Bağırovanın sözlərinə görə, təqribən bir ilə yaxındır ki, MRT fəaliyyət göstərmir.

Xəstəxananın baş həkiminin müavini Ramazan Abbasov isə laboratoriyanın işləməməsinə belə aydınlıq gətirib.

Sakinlərin şikayətləri təkcə Mərkəzi Xəstəxana ilə bağlı deyil. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzində də bəzi aparatların işləməməsi vətəndaşlar üçün problemlər yaradıb.

 

Xəstəxanadan bildirilib ki, uzun müddətdir ürək xəstəliklərinin diaqnostikasında ən geniş yer verilən müayinə üsullarından biri olan EXO-EQ (exokardioqrafiya) aparatı işləmir. Gətirilən digər aparatın isə bəzi hissələri olmadığı üçün istifadə edilmir.

 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Ülviyyə Hacıyeva bildirdi ki, avadanlıqlara servis xidməti tərəfindən mütəmadi olaraq baxış keçirilir. Hazırda işləməyən avadanlıqların hissələrinin gətirilməsi üçün sifariş verilib və gəldiyi zaman servis xidməti tərəfindən bərpa olunacaq.

 

Bu açıqlamalardan sonra istər-istəməz adamda belə qənaət yaranır. Avadanlıqların hissələri gələnə qədər naxçıvanlılara qətiyyən xəstələnmək olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR