Naxçıvanda zəlzələ oldu
Naxçıvan Muxtar Respublikasında bu gün saat 07:17-də zəlzələ olub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib və 8-12 saniyə davam edib.AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən isə bildirilib ki, yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib. İrandakı zəlzələ barəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də məlumat yayıb. Qeyd edilib ki, İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakətin episentri İranın Xoy şəhərindən 35 km cənubda (əhali sayı təxminən 175 min nəfər), 30 km dərinlikdə yerləşir. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss olunub.