Nazir: "Mən heykəli bəyənirəm"

# 09:14
20 yanvar 2022

"Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı".

Bunu mədəniyyət naziri Anar Kərimov APA-ya açıqlamasında deyib.

A.Kərimov bildirib ki, Zeynalabdin Tağıyevin heykəli açıq müsabiqə yolu ilə hazırlanıb: “Açıq müsabiqədə bir çox layihə eskizləri təqdim edilmişdi. Ekspert komissiya seçimlərində çox səslə hazırkı əsər qalib gəlmişdi. Tənqidlərə gəldikdə isə tənqid hər zaman var. Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı. Ona görə də biz çalışmalıyıq ki, hər tərəfin mövqeyini nəzərə alaq" deyə nazir bildirib.Onu da qeyd edək ki, APA-ya açıqlamasında nazir özü heykəli bəyəndiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR