Nazir müavini: "Minimum pensiya artımı 65 min vətəndaşı əhatə edəcək"
Azərbaycanda minimum pensiya 20 faiz artıb, 240 manata çatdırılıb. Bu da 65 min vətəndaşı əhatə edəcək.
APA TV-nİn məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O qeyd edib ki, Azərbaycanda sosial minimumların artırılması çox əhəmiyyətlidir: “Ötən həftələr ərzində minimum əməkhaqqı da 300 manata çatdırılıb. Bunlar yaşayış minimumu üzərində 43 faiz artım deməkdir. 2018-2019-cu illərdə ilk sosial islahatlar zamanı 3 milyard manatlıq maliyyə yükü ayrılmasına dair tapşırıq verildi. Bu, əhalinin 40 faizini əhatə etdi. Sosial ödənişlər son 3-4 ildə 60 faiz artıb və artıq 6,4 milyard manata çatır”.
DİGƏR XƏBƏRLƏR

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib

Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib

Kəlbəcərdə əsgərlərimizin qürur verən GÖRÜNTÜLƏRİ – APA TV
