Nazir qarşıda duran HƏDƏFLƏRDƏN DANIŞDI

# 18:25
7 sentyabr 2022

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları və digər rəsmi şəxslər iştirak edib.

 

APA TV xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilindəki fəaliyyətindən bəhs edən “Yeni dövr, yeni çağırışlar” adlı videoçarx nümayiş olunub.

 

Elm və təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. Nazir yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub. Konfrans şagirdlərin ifasında “Gənclik himni”nin səsləndirilməsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR