Nazir tanınmış karateçiyə vəzifə verdi
Tanınmış karateçi Firdovsi Fərzəliyev Abşeron Rayon Polis İdarəsində yeni vəzifəyə təyin edilib.
Nazirlikdən APA TV-yə verilən xəbərə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, o, Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.
Qeyd edək ki, Firdovsi Fərzəliyev 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında qızıl, 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarında gümüş medal qazanıb. 28 yaşlı idmançı 2016-cı il dünya çempionatında və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə etsə də, 2017-ci il Dünya Oyunlarının qalibi olub.