Nazir xüsusi karantin rejiminin ləğv olunmasından danışdı

# 14:56
10 may 2022

Azərbaycanda xüsusi karantin rejiminin tam aradan qaldırılması məsələsində tələsmək olmaz.

 

APA TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

 

“Maska rejimi ləğv olunub, indi isə tək-tük məhdudiyyətlər var ki, ÜST-nin tövsiyələrinə əsasən, biz də payız aylarında ayıq-sayıq olmalıyıq. Çünki, istənilən halda, koronavirusun yeni ştamları çıxa bilər, bu baxımdan, yeni mutasiyası olub-olmamasını bilmədiyimiz üçün mümkün qədər diqqətli olmalıyıq”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR