Nazirlik aksiya iştirakçılarına XƏBƏRDARLIQ ETDİ

# 12:13
29 sentyabr 2022

Daxili İşlər Nazirliyi bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında aksiya təyin olunması barədə məlumatlara münasibət bildirilib.

 

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov APA TV-yə bildirib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: “Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib.

 

Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram”.

 

Zeyni Hüseynov onu da vurğulayıb ki, ictimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR