Nazirlik tikinti şirkətini niyə məhkəməyə verdi?

# 20:12
4 oktyabr 2021

Bakıda idman klubunu gecə ilə uçuran tikinti şirkətinə qarşı cinayət işi açılıb, tikinti dayandırılıb.

 

APA TV-nin bir müddət öncə çəkiliş apardığı “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb.

Bu barədə "Lider" idman klubunun rəhbəri İlham Sərdarov məlumat verib.

 

”Xətai Rayon Prokurorluğu “Olympus Park” tikinti şirkəti haqqında cinayət işi başlaması qərarını verib. Hal-hazırda iş Xətai Rayon Polis idarəsindədir”.
 
İlham Sərdarovun sözlərinə görə, şirkət onun idman klubunu icazəsi və razılığı olmadan qanunsuz olaraq gecə saat 4 radələrində söküb. O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də tikinti şirkətini məhkəməyə verib.  

”Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tikinti aparılan 3-cü binanın yerində olan otuzdan çox ağacın çıxarılması haqqında məhkəməyə müraciət edilib”.

İdman klubunun sahibi məsələ ilə bağlı bütün rəsmi qurumlara müraciət edib. Onların bir neçəsindən müsbət rəy alsa da, tikinti şirkətindən kompensasiya ala bilməyib.

 


Semral Cavad,
Apa TV


 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR