Neftçala sakini ərzaq almağa girdiyi dükanı alt-üst etdi

# 16:45
19 yanvar 2022

Neftçalada ərzaq mağazasında vitrinləri dağıdan şəxs saxlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Neftçala rayonunun Bankə qəsəbə sakini, 1980-ci il təvəllüdlü  Təhməzov Azad Əbülfəz oğlu şəhər ərazisində yerləşən ərzaq mağazasına girərək satıcılardan nisyə mal istəyib. Onun istəyini yerinə yetirməkdən imtina edən satıcılara etiraz əlaməti olaraq əlindəki dəmir parçası ilə vitrinləri dağıtmağa başlayıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov hadisənin Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədildiyini təsdiqləyib.

 

Hadisəni törədən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR