Neftçidən növbəti hücumçu transferi
APA TV klubun saytına istinadən məlumat verir ki, braziliyalı Tiaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb.
34 yaşlı futbolçu Bakı təmsilçisinin heyətində 9 nömrəli formanı geyinəcək.
Tiaqo Keyruş Bezerra ölkəsinin “Legiao” klubunun yetirməsidir. 34 yaşlı mərkəz hücumçu karyerası ərzində buna qədər 15 dəfə klubunu dəyişib. “Neftçi” onun 16-cı komandasıdır. Braziliya ilə yanaşı, Belçika, Türkiyə, Küveyt, Səudiyyə Ərəbistanı, Özbəkistan və Qətərdə çıxış edən Bezerra üçün Azərbaycan 8-ci ölkədir. Futbolçu Türkiyədə müxtəlif illərdə “Altay”, “Karşıyaka”, “Adanaspor” və “Adana Dəmirspor”un formasını geyinib.
“Neftçi”yə azad agent kimi keçən Tiaqo Bezerra son olaraq bu ilin yayında Qətər təmsilçisi “Əl-Sayliya” klubundan ayrılıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.
DİGƏR XƏBƏRLƏR

Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi

Avropada yaşayan azərbaycanlılar Brüsseldə İrana qarşı etiraz aksiyasi keçirir

Ordumuz ermənilərin səngər qazmasının qarşısını aldı
