Nənəsi Mahir Emreli və bacısını məhkəməyə verib
Hazırda Türkiyənin "Konyaspor” klubunda çıxış edən Mahir Emreli və bacısı Ayişə Emreli məhkəməyə verilib.
Bu barədə “Qaynarinfo” məlumat yayıb.
Məlumata görə, iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır.
Mahirə Quliyeva bu ilin fevral ayında vəfat edib. Məlumata görə, birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Bu səbəbdən də iş üzrə apellyasiya şikayəti verilib.
İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır.
DİGƏR XƏBƏRLƏR

Azadlığa buraxıldı, 35 dəqiqə sonra yenidən həbs edildi

"Prius"un sürücüsü sükan arxasında yatdı, ölən var

“Nə oğlumu tapdım, nə də o qızı...” - Fərid Səfərlinin anası İrandan qayıtdı
