Nərimanov dəmiryol stansiyası nə vaxt istismara veriləcək?

# 18:02
13 dekabr 2022

Nərimanov dəmiryol stansiyası yeni təmir olunub. Amma hələ də işlək vəziyyətdə deyil, buraya qatarlar gəlmir. Mütəxəssislər isə  bildirirlər ki, stansiya işlək vəziyyətə  gəlsə həm Bakının tıxac problemi həll edilər, həm də  Bakı kəndlərinə gedən sakinlərin gündəlik həyat şəraiti az da olsa rahatlaşar. APA TV olaraq bu gün yeni təmir  olunan bu stansiyanın hazırda niyə  işlək vəziyyətdə olmaması ilə bağlı suala cavab tapmağa çalışacağıq.

Elə “Nərimanov dəmiryol stansiyası nə vaxt istifadəyə veriləcək” sualı ilə də “Azərbaycan Dəmir Yolları” QSC-nə sorğu ünvanladıq. Sorğumuza şifahi olaraq cavab verdilər ki, “Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolu xətti  yenidənqurma işlərindən sonra 2019-cu ildə istifadəyə verilib.  Aparılan təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq  dəmir yolu xətti üzrə  Bakı, Sabunçu, Zabrat 2, Sumqayıt stansiyaları, Keşlə, Koroğlu, Bakıxanov, Zabrat 1, Məmmədli, Pirşağı, Görədil, Novxanı dayanacaqları rekonstruksiya olunaraq fəaliyyət göstərir. Nərimanov stansiyası üzrə sərnişinlərlə bağlı gələcəkdə potensial tələbat yarandığı halda ərazidə sərnişin platformasının layihələndirilməsi məsələsinə baxıla bilər”.

Ekspertlər də düşünür ki, bu stansiyası istifadəyə verilərsə, Bakıda həm ictimai nəqliyyatın yükü azalar, həm də tıxac problemi qismən aradan qalxar.

Qeyd edək ki, “Bakı-Sabunçu-Pirşağı-Sumqayıt” reysi üzrə fəaliyyət göstərən sürət qatarları gündəlik 20-25 min sərnişin daşınması üçün nəzərdə tutulub. Növbəti  ilin sonuna kimi isə ölkəyə 10 sürət qatarı gətiriləcək. Onların bir hissəsi Bakı-Sumqayıt dairəsində, digər isə Respublikanın şəhər və rayonlarında sərnişin daşınması üçün nəzərdə  tutulub. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR