Növbəti “patı” əməliyyatında 11 nəfər saxlanıldı

# 19:02
25 avqust 2021

Lənkəranda növbəti “patı” əməliyyatında 11 nəfər saxlanılıb, onlardan birinin oğurluq əməli də üzə çıxıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı  saxlanılan şəxslərdən biri Teymur Şıxcanovun şəhər ərazisindəki evlərdən birindən 7900 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib. Həmin şəxs elə oğurladığı pulla aldığı avtomobildə saxlanılıb.

Saxlanıldıqdan sonra Teymur Şıxcanovun üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Oğurlanan qızıl-zinət əşyaları və pulun bir qismi isə onun idarə etdiyi avtomobildən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Əməliyyat zamanı saxlanılan digər on nəfərdən biri qadındır. Yaxalanan şəxslərin  S.Hüseynov, E.Nəcəfov, F.Ələskərov, N.Əliyeva, O.Məmmədov, M. Beyçayev, X.Nəzərov, B.Fərziyev, R.Nəzərov və Ş.Axundov, T.Şıxcanovun üzərinə baxış keçirilən zaman hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR