Növbəti zəlzələ dalğası Qazaxıstanı vurdu
Qazaxıstanda 5,4 bal gücündə zəlzələ baş verib.
APA TV “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, yeraltı təkanlar Çimkənd bölgəsində 2-3, Taraz bölgəsində isə 2 bal gücündə hiss olunub.
Zəlzələnin episentri Qazaxıstanın cənubunda, Çimkənd və Türküstan arasında yerləşir. Burada zəlzələnin gücünün 5,4 bal olduğu bildirilir.