Oğul atasını güllələyərək öldürdü
Tovuzda qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.
Kənd sakini 1947-ci il təvəllüdlü Qamət Əliyev oğlu 1980-ci il təvəllüdlü Ceyhun Əliyev tərəfindən odlu silahla qətlə yetirilib.
Daxili İşlər Nazirliyi (DİN) baş verən qətl barədə məlumat yayıb. Bildirilib ki, hadisə barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb.
Faktla əlaqədar Cinayət Məc
əlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ceyhun Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
