Oğurlanan azyaşlının atası niyə tutulub? - RƏSMİ AÇIQLAMA

# 16:39
10 yanvar 2022

Sabunçu rayonunda 2 yaşlı Məhəmməd Şıxalıyevin oğurlanması ilə bağlı daha bir təfərrüat məlum olub.

 

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin APA TV-yə verdiyi məlumata görə, uşağın atası Elgün Nəsirovun cinayət hadisəsində iştirak etdiyi ehtimal edilir. Buna görə də Elgün Nəsirov saxlanılaraq, istintaqa cəlb edilib.

 

Qeyd edək ki, Elgün Nəsirovla yanaşı hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova və onunla birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev də saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR