Oğurluqda şübhəli bilinən ata və oğul yaxalandı
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərinin müxtəlif konstruksiyalarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Balaş Məmmədov və onun oğlu Seymur Məmmədovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər dəmir yolundan oğurluq edərkən elə iş başında yaxalanıblar. Həmin şəxslərin yaşadıqları evə baxış keçirilən zaman dəmir yoluna aid müxtəlif ehtiyat hissələri aşkar edilib.
Qeyd edək ki, Balaş Məmmədov iki azyaşlı nəvəsini də bu işə cəlb edib.
Faktla bağlı araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR

Benzin və dizellə işləyən avtomobillərin satışı dayandırılır - Yeni qanun

Prezident: Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq

Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?
