Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

# 20:54
3 dekabr 2021

Şəmkir rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin noyabr ayının əvvəlində rayonun Yuxarı Seyfəli kəndində vətəndaşa məxsus 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayon sakinləri - Kazım İsmayılov, Asiman Salehov və Haqverdi Xıdırov qabaqcadan əlbir olaraq vətəndaşa məxsus tövlənin arxa hasarını sökərək oradan ümumi dəyəri 1220 manat olan 6 baş xırdabuynuzlu heyvanı oğurlayıblar.

Saxlanılan şəxslər törətdikləri  əməli etiraf edərək, oğurladıqları heyvanları Haqverdi Xıdırova məxsus “Lexus” markalı avtomobil ilə Bərdə rayonuna apararaq satdıqlarını və əldə etdikləri pulları böldüklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR