Oğuzda güclü yanğın: 82 YAŞLI QADIN ÖLDÜ

# 12:21
28 may 2022

Oğuzda fərdi yaşayış evində yanğın baş verib.


APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.


Kənd sakini, 82 yaşlı Həcər Yusif qızı Əhmədovaya məxsus, ümumi sahəsi 70 kvadratmetr olan fərdi yaşayış evində baş  verən hadisə zamanı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb.

 

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.


Yanğın kəşfiyyatı zamanı ev sahibi 82 yaşlı Həcər Əhmədovanın yanaraq öldüyü məlum olub.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR