Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var

# 10:55
15 noyabr 2021

Oğuzda iki mikroavtobus toqquşub, xəsarət alanlar var.

 

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

 

Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan "Mercedes" markalı mikroavtobus toqquşub.

 

Qəza zamanı iki nəfər sərnişin - 1997-ci il təvəllüdlü Oğuz rayon Bucaq kənd sakini Ramiz Eynulla oğlu İsgəndərov və 1965-ci il təvəllüdlü Rəna Şirin qızı Əzizova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Vüqar Heydərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR