Ömər Eldarov vəzifədən azad edildi
Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.