On mindən çox sakin yolsuz, apteksiz qalıb - Sumqayıtlılar nəyin cəzasını çəkirlər?
Sumqayıtın "Stansiya Sumqayıt" yaşayış massivinin sakinləri problemlər içində itib-batır.
Sakinlərin APA TV-yə bildirdiklərinə görə, ən böyük problem yol problemidir. Bərbad yollar sakinləri təngə gətirib.
On mindən çox əhalisi olan yaşayış massivinin sakinlərinin dərdləri bitib-tükənmək bilmir. Sakinlər deyir ki, nə kanalizasiyamız, nə aptekimiz, nə də bank xidmətli normaldır.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirdilər ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində sözügedən ərazinin sakinlərinin problemləri həllini tapacaq.
Əziz sakinlər bir az da səbirli olun, çalışın abadlıq-quruculuq işlərinə qədər yolunuz tez-tez aptekdən düşməsin.
Ramil Zeynallı, Əli Əliyev, APA TV
DİGƏR XƏBƏRLƏR

Putin nüvə silahının Belarusda yerləşdirmə vaxtını açıqladı

İçdiyimiz sudurmu? - Bakının on illərlə təmizlənməyən su anbarları

ABŞ-ın ən məşhur universitetindən dəvət aldı, pulu yoxdur deyə, gedə bilmir
