Öncə qapını bağladı, daha sonra polis əməkdaşlarına təpik atdı

# 00:34
24 iyun 2021

Şəmkirdə karantin qaydalarını pozaraq toy mərasiminin təşkil edildiyi restoran aşkarlanıb. APA TV -nin məlumatına görə Şəmkir rayon polis şöbəsinə daxil olan məlumat əsasında polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən “Qoşa qala” restoranına baxış keçirib. Yoxlama zamanı restoran sahibi Tural Zeynalovun həmin ünvanda karantin qaydalarına zidd olaraq toy məclisi təşkil etdiyi təsdiqini tapıb. Qanunsuz əməlini ört-basır etmək istəyən restoran sahibi öncə qapıları bağlayaraq polis əməkdaşlarının məkana daxil olmasına mane olub. Daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə əməl eməyib, onlara qarşı zor tətbiq edərək xuliqanlıq hərəkərləri törədib.

 

Mərasim təşkilatçısı da daxil olmaqla 8 nəfər inzibati məsulyyətə cəlb edilib.

Qeyd edək ki, Daha öncə də Tural Zeynalovun obyektində 7 dəfə karantin rejiminin qaydalarını pozaraq mərasim keçirməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Onun barəsində inzibati tədbir görülüb.

Sonuncu dəfə isə obyekt sahibi 44 günlük Vətən Müharibəsi zamanı özünü xeyriyyəçi kimi göstərərək, ölkə ərazsində tədbiq edilən komendant rejimini pozub, polis əməkdaşlarının qanunu tələblərinə tabe olmayaraq xuliqanlıq hərəkətlər edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə bəndi ilə protokol tərtib edilib və barəsində məhkəmənin qərarı ilə 15 gün inzibati qaydada həbs olunub. Bu dəfə isə onu hansı cəzanın gözlədiyi məhkəmənin verdiyi qərardan asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR