Ordubadda toyun ikinci günündə qız evi oğlan evində bu yeməyi bişirir

# 15:09
29 may 2023

Ordubadın məşhur və əvəzolunmaz şirniyyatlarından biri də Ordubad Qayğanağıdır.

Onun resepti ailələrdə miras yolu ilə, yəni anadan qıza ötürülür. Bu yeməyin hazırlanma prosesi isə bir növ öz incəlikləri olan ayrıca mərasimi xatırladır.

Qayqanağın hazırlanması üçün bizə 2 kq-ma yaxın kərə yağı, yumurta, şərbəti üçün isə 3-4 qaşıq bal və ya 10 qaşıq şəkər tozu və 1 stəkan su lazımdır. Yumurtaları qarışdırarkən üzərinə bir çay qaşığı duz, bir çay qaşığı un əlavə edirik.

Ordubad qayğanağını hazırlamaq olduqca çətindir. Resepti bilmək hazırlanmağının sadəcə yarısıdır. Əsas olan Qayğanağı hazırlayarkən lazımı temperaturu saxlayıb, qayğanağı vaxtında çevirməkdir.

Sonda bişən qayğanağı qazandan götürüb boşqaba qoyub soyuduruq və üzərinə ayrı bir qazanda bal və ya şəkər tozu əlavə edilmiş və qatılaşana kimi qaynadılmış şərbəti əlavə edirik.

Qayğanağımız hazırdır.

Ordubadlıların adətinə görə, toyun ikinci günündə gəlin tərəfinin adamlarını oğlan evinə dəvət edirlər. Qız evinin qadınları qayğanaq hazırlayır və bütün qohumları qonaq edirlər. Bu adət şirin ailə həyatını təcəssüm etməklə yanaşı, həm də ailədə ər-arvadın xoşbəxt yaşaması, onların gözəl və bal kimi şirin həyatlarının olması deməkdir.

Ceyhun Məmmədov, Əli Xudiyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR