Ötən gündən başlayan yanğının söndürülməsinə helikopter cəlb olundu

# 16:10
18 iyun 2021

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında biçilməmiş taxıl sahəsindən başlayıb meşəlik əraziyə keçən yanğın məhdudlaşdırılıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ötən gün başlayan yanğın nəticəsində 40 hektar taxıl sahəsi və 9 hektar meşəlik ərazi yanıb.

 

İlkin olaraq FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Yanğın meşəlik ərazinin 3 kilometr dərinliyinədək irəliləyib. Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirib. Bu səbəbdən yanğınsöndürmə işlərinə nazirliyin aviasiya dəstəsinin helikopteri cəlb olunub. Yanğını bu gün günorta saatlarında məhdudlaşdırmaq mümkün olub.

 

Bundan başqa, Xaçmazın Niyazabad kəndində baş verən yanğın isə tamamilə söndürülüb. Burda 10 hektar taxıl sahəsi, 3 hektar isə bələdiyyə fonduna aid meşə sahəsi yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR