Özünü öldürən qızın evində nə baş verib? – TƏFƏRRÜATLAR

# 20:42
15 oktyabr 2021

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində intihar hadisəsi baş verib. 16 yaşlı Aynur Eyvazova qaldığı evin eyvanından özünü ataraq intihar edib.

 

 “Yeniyetmə Aynur Eyvazova gördüyünüz bu binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib. Onun həyatını qurtarmaq mümkün olmayıb”.

 

APA TV-nin xəbərinə görə 2005-ci il təvəllüdlü Aynur Eyvazovanın ailəsi əslən Yardımlı rayonunun Avaş kəndindəndir. Bir neçə il öncə ailəsi ilə bərabər Aynur da sözügedən evdə kirayə yaşamağa başlayıblar.

 

 “Şahidlərin dediyinə görə, gecə 23:00 radələrində səs eşidilib. Sonra məlum olub ki, yeniyetmə bir qız intihar edib. Evdə nələr baş verdiyi haqda məlumatımız yoxdur. Ailədə 3 nəfərdilər - anası, özü və qardaşı”.

 

 “İntihar edən şəxs təcili tibbi yardımla aparılan zaman xırıltılı səslə anasını çağırıb. Təhsil almırmış. Evdən ara-sıra münaqişə zamanı səs gəlirmiş”

 

Qonşular isə Eyvazovlar ailəsinin sakit olduğunu və heç kimlə münaqişələrinin olmadığını deyirlər.

 

 “Ailə normal ailədir. Aynur da yaxşı və sakit qız idi. Çox pis oldu ki, belə oldu. 3 nəfər yaşayırdılar”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də hadisə ilə bağlı məlumat yayıb. Komitə tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb. Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə, ailə Aynuru 9-cu sinifdə təhsildən yayındırıb. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.

 

Hazırda istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, bu yaxınlarda ailə üzvləri 16 yaşlı qızı evləndirmək barədə razılığa gəliblər. Nişanlanan Aynurun qarşıdakı günlərdə toyu olacaqmış. Ancaq bilinməyən səbəblərdən toyun vaxtı dəyişdirilib. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR