Parlament növbədənkənar iclasa toplaşır - 1 dəqiqə 10 xəbər 15:00 buraxılışı

# 15:00
26 noyabr 2021

“Qarabağdakı ermənilərin müraciətlərinin sayı daha da artıb, əsas istəkləri Azərbaycan vətəndaşlığı almaqdır”. Tural Gəncəliyev belə deyib.

 

QMİ-nin əməkdaşı Vəfadar Əliyev Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Məhkəmə "Azərsun"dan 48 min manatlıq oğurluqda təqsirləndirilən 7 nəfərə bəraət verib

 

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə qəbul proqramına daxil edilib

 

Ermənilər işğal zamanı Həkəri çayının məcrasını dəyişərək üç kəndin ərazisini bataqlığa çevirib

 

Bu il Azərbaycanda narkotiklərə görə 50-dən çox əcnəbi tutulub

 

Naxçıvanda yanvar-sentyabrda orta aylıq əməkhaqqı 545 manatdan çox olub

 

Tokio Olimpiadasına hazırlıqda buraxılmış səhvlər müzakirə edilib

 

Qırğızıstan parlamentinin deputatları iki millət vəkilini, o cümlədən sabiq spikeri cinayət məsuliyyətinə cəlb etmək üçün növbədənkənar iclas keçirəcək.

 

“Gələn həftə Vyanada İranla nüvə danışıqları başlayır”. Bu barədə İranın Xarici İşlər Nazirliyin sözçüsü Səid Xətibzadə bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR