Partlayışda ölən Fərqanənin atası biznesmen imiş

# 17:05
7 aprel 2022

Bakıda gecə klubunda baş verən partlayışda aldığı xəsarətlər üzündən dünən vəfat edən 23 yaşlı Fərqanə Eynullayevanın həyatı ilə bağlı bəzi detallar üzə çıxıb.

 

APA TV Qaynarinfo-ya istinadən xbər verir ki, vəfat edən qızla bağlı araşdırmasından sonra məlum olub ki, Fərqanə Eynullayevanın atası Bakıda bizneslə məşğul olub.

 

Fərhad Eynullayev 23.07.2015-ci ildə vəfat edib. Onun vəfatından sonra ailə arasında məhkəmələrdə mülk çəkişmələri gedib.

 

Belə ki, 23 yaşlı Fərqanə Eynullayeva atasının ikinci nikahdan olan övladıdır. Onun 2002, 2006 və 2007-ci il doğumlu Nuray, Şəhanə və Eynulla adlı qardaş və bacıları var. Atasının isə birinci nikahdan Ayan adlı övladı var.

 

Fərhad Eynullayev vəfat etdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində villası, "Mercedes 200” minik, "Peugeot 407” minik, "Mercedes E 220 CDİ” minik, VAZ-21074 markalı minik avtomobilləri üzrə Fərqanə, Nuray, Şəhanə və Eynulla adlı uşaqlara qanuni vərəsəlik şəhadətnaməsi verilib.

 

Atası vəfat etdikdən sonra onun villası da ikinci nikahından olan övladlarına çatıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR