Paşinyan erməni icmasi ilə görüşməkdən imtina edib
Mayın 31-də Moldovanın paytaxtına gedən Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyovun erməni icması ilə görüşməkdən imtina edib. Bu barədə “Hraparak” qəzetinə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib. Muşeqin sözlərinə görə, ləğv edilən görüş iyunun 2-də yerli vaxtla saat 10:00-da Manuk Mirzoyanın ev-muzeyində keçirilməli imiş. Görüşün təxirə salınmasının səbəbi barədə məlumatsız olduğunu deyən icma rəhbəri bəzi təfərrüatları da açıqlayıb: "Görüşdə iştirak edəcək şəxslərin siyahısında ilk olaraq diaspor rəhbəri kimi mənim adım yazılmışdı. Amma sonra adımın üstündən xətt çəkdilər ki, belə bir adam tədbirdə olmamalıdır. Buna etiraz olaraq cavab verdim ki, mən Moldovada erməniləri təmsil edirəm. Baş nazirə suallarım var. O zaman niyə görüşdə iştirak etməməliyəm?”, - deyə Muşeq bildirib". Xatırladaq ki, Nikol Paşinyan Fransaya səfər edən zaman da oxşar problem yaranmışdı. O zaman Parisdəki erməni icması onunla görüşdən imtina etmişdi.
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
