Paşinyan iki od arasında qalıb

# 17:33
27 yanvar 2022

Qərb və Rusiya arasındakı gərginliyin müharibə vəziyyətinə gəlməsi erməniləri də narahat edib. Belə ki, siyasilər, eləcə də deputatlar müharibə olacağı halda, Ermənistanın hansı tərəfi müdafiə edəcəyini bilmir. Onlar çıxışlarında son vaxtlar Paşinayanın Rusiya və ABŞ arasında qaldığını qeyd edirlər. Tanınmış erməni siyasi şərhçi Suren Surenyanç bu barədə facebook hesabında fikir bildirib. O qeyd edib ki, bu proseslər birbaşa olaraq İrəvana təsir edəcək. 

 

SİTAT: İkinci Dünya Müharibəsindən sonra belə böhran görməmişik. Qlobal təhlükəsizlik baxımından Moskva ilə Qərb yumşaq şəkildə desək, fərqlənirlər. Dünya qlobal çağırışla üz-üzədir. Tərəflərin eskalasiyası və ritorikası hərbi münaqişəni yaxınlaşdırır. Bütün bunlara baxmayaraq, böhranın həlli üçün diplomatik resurs hələ də qalır” sitatın sonu

 

Surentyanç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) amilinə də diqqət çəkib.

 

Sitat: Bütün bu gərginlik kontekstində Ermənistan yenə də təhlükəli vəziyyətdədir. Çünki İrəvan KTMT-nin üzvü kimi xarici siyasət zəncirinin son resurslarını məhv edərək, münaqişə tərəfinə çevrilə bilər. Ermənistan yeni regional gərginliyin nəticələrini öz üzərində daşıya bilər. Sitatın sonu

 

Suren Surenyanç onu da qeyd edib ki, müharibə qaçılmazdır və böhranın yeganə mərkəzi Ukrayna deyil. “Alov qaçılmaz şəkildə bölgəmizə də çatacaq” - deyə o, əlavə edib.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR