Paşinyan növbəti dəfə təslim olur? – BAŞ NAZİRİN MÜƏMMALI AÇIQLAMASI

# 21:50
12 avqust 2021

“Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”.

 

APA TV-nin məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünki iclasında dilə gətirib.

 

ATƏT-nin Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirən Paşinyan qeyd edib ki, həmsədrlərin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönüb yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır.

 

Rəsmi Bakının Qarabağ ərazisindəki sülhməramlılarla bağlı Rusiyaya xəbərdarlıq etməsinin və İrana nota verməsinin fonunda Ermənistan baş nazirinin belə bir müəmmalı açıqlama verməsinə münasibət bildirən politoloq İlyas Hüseynov deyir ki, Paşinyanın başqa çıxış yolu qalmayıb:

 

Politoloq deyir ki, indiki vəziyyətə danışıqların başlanması olduqca əhəmiyyətlidir.

 

Qeyd edək ki, Paşinyan hökumətin bugünki iclasında regional kommunikasiyaların açılması məsələsini tezliklə həll etməyin vacibliyini qeyd edib. “Tezliklə regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Baş nazir müavinlərinin komissiyasının işini bərpa etməli, regionda yeni iqtisadi və kommunikasiya imkanlarının həyata keçirilməsi baxımından daha fəal olmalıyıq" – deyə Baş nazir bildirib.

 

 

 

Həmidağa Məcidov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR