Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

# 13:39
1 iyun 2021

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

 

BŞİH-dən APA TV-yə verilən xəbərə görə, yenilənmiş həyət Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 106, 108, 110 və Koroğlu Rəhimov küçəsi 22 ünvanında 1500 nəfər sakinin yaşadığı binaları əhatə edir.

 

Həyətdə müxtəlif idman qurğuları və meydançaları salınıb, həmçinin 2 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

 

Sakinlərin istək və maraqları nəzərə alınaraq, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac əkilib və 3000 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

 

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR