Peyvəndin 3-cü dozası niyə vacibdir?

# 19:07
7 oktyabr 2021

Məlum olduğu kimi həm dünya, həm də ölkə olaraq pandemiya rejimindəyik. Tövsiyə olunan qaydalar şəxsi gigiyena, sosial məsafə və maskadan istifadə isə bizi yoluxmadan müəyyən qədər qoruyur. Amma koronovirusun mutasiyaya uğramış növləri bu qaydaların effektivliyini asanlıqla kölgədə qoyur. Bu bəşəri bəladan qorunmağın ən düzgün variantının peyvənd olduğunun hamımız fərqindəyik. Elə buna görə də mərhələli şəkildə edilən vaksinasiyaya əksər vətəndaşlar qoşuldu. Bəs iki doza peyvənd  karonavirusun mutasiyaya uğrayaraq sürətlə yayılan ştammlarından bizi qoruyurmu?

“Bu sualı bizə 3-4 ay əvvəl versəydiniz ki, COVID peyvəndləri bizi nə qədər qoruyur? Bu sualın cavabı hələ məlum deyildi. Çünki müşahidələr aparılırdı. İlkin məlumatlar bizə bunu göstərir ki, beynəlxalq səhiyyə qurumlarının da tövsiyəsi bundan ibarətdir ki, ilk iki doza peyvənd almış şəxslərdə təxminən 6-8 ay müddətində peyvəndin qoruyuculuğu zəifləməyə başlayır. Və bu şəxslərə də 3-cü qoruyucu doza, adından da məlum olduğu kimi qoruyuculuğu gücləndirən bir doza olaraq vurulmalıdır”.

Mütəxəssisin sözlərinə görə, Buster dozanın istifadəsinin yüksək risk qrupuna daxil olan şəxslər üçün əhəmiyyəti daha çoxdur.

“Ortalama 50 yaş üzərindəki şəxslər aiddir bura, risk qrupunda olan şəxslər yəni yanaşı xəstəlikləri olan, şəkəri, təzyiqi, ürək-damar, qaraciyər, böyrək problemləri olan, xəstəliyə yoluxduğu halda ağır keçirtmə riski olan vətəndaşlara biz 6 aydan sonra 3-cü doza vaksini tövsiyə edirik. Peyvənd vurulan yerdə qızarıqlıq, şişkinlik, ağrı ola bilər ki, buda 48-72 saatdan çox çəkmir”.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ, Böyük Britaniya, Almaniyada sentyabr ayından etibarən yaşlılara və zəif immun sistemi olan şəxslərə 3-cü doza vaksin vurulmağa başlanılıb. Amerika Birləşmiş Ştatlarının keçirdiyi tədqiqatlar göstərir ki, 3-cü doza vaksinasiya Delta ştammının yayılmasına qarşı effektiv olmaqla yanaşı, bu dozanı qəbul edən şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artır.

 

 

Fatma Zahidqızı,

Musa Qulammirzəyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR