Pilot Rəşad Atakişiyevə şəhid statusu verildi

# 11:47
7 may 2021

Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

 

APA TV xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə daxil olan 02.04.2021-ci il tarixli 1/A-374 nömrəli məktuba və 01.04.2021-ci il tarixli 1/A-371 nömrəli arayışa əsasən, mərhum polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu 24.07.2019-cu il tarixdə döyüş tapşırığının icrası zamanı həlak olub, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən mərhuma “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR