Polis əməkdaşları Suraxanı rayonunda ağac əkiblər

# 16:12
8 may 2021

Prezidenti İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, polis əməkdaşları boş qalmış, əkin üçün yararsız ərazidə abadlıq və təmizləmə işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər.

 

Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR