Polis generalı özünü öldürdü, təhlükəsizlik polkovnikinin meyiti tapıldı
Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi, general Janat Süleymenov intihar edib. Hadisənin digər detalları açıqlanmır. Digər yerli KİV və “Teleqram” kanalları isə ölkəni bürüyən kütləvi iğtişaşlar fonunda generala qarşı cinayət işinin başlandığını, onu tribunal gözlədiyini yazır. Bildirilir ki, Janat Süleymenov Taraz şəhərində iğtişaşların qarşısını almaq üçün lazımı addımlar atmadığına dair ittihamla üzləşdiyini biləndən sonra bu addımı atıb. Maraqlıdır ki, 59 yaşlı general bir neçə gün əvvəl regionun komendantı təyin olunub. Daha bir ciddi insident isə paytaxt Nur-Sultanda qeydə alınıb. Belə ki, Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu gün Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayevin meyiti yaşadığı evin həyətində tapılıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Atanın ehtiyatsızlığı uşağın ölümünə səbəb oldu, ailə xəstəxanadan şikayətçidir - TƏFƏRRÜATLAR

21 ay qardaş ölkədə müalicə alan qazimiz vətənə döndü

İranda dəhşət: Çoxmərtəbəli bina çökdü, ölənlərin sayı dəqiq bilinmir
