Polis maşını ilə “Mercedes” toqquşdu - Yaralılar var

# 18:24
26 dekabr 2022

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə zamanı yol patrul xidmətinin avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdədə Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub:

 

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR