Polisə atəş açan şəxs barəsində cinayət işi başlanılıb

# 20:51
1 dekabr 2021

Beyləqanda polisə silahla atəş açan şəxs barəsində cinayət işi başlanılıb. 

APA TV-nin əməkdaşları rayonun insident baş verən Aşağı Çəmənli kəndində olub.

Yerli sakinlərin sözlərinə görə, kənd sakini, 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində ov ovlayarkən, xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadə ilə qarşılaşıb.  Elə insidentə səbəb olan mübahisə də məhz bu qarşılaşmadan sonra baş verib. Kəns sakini İsmayıl Nəcəfov bildirir ki, hadisə mübahisə zamanı tüfəngdən təsadüfən atəş açılması nəticəsində baş verib: “Onların o hadisəsi belə olubdur. O adam gecə ova çıxıb. Ovda bunlar post patrullar duyuq düşüblər ki, ova gedib. Gedib ora. Dəqiqləşdirəndən sonra o deyib tüfəngi ver. O da verməyib. Bunun əlindən alanda tüfəng özü açılıb. Vəssalam, məndə olan məlumat budur.”

Kənd sakinləri ilə söhbətdən sonra üz tutduq Beyləqan rayon prokurorluğuna. Rayon prokurorluğundan bildirildi ki, Eldəniz Alışov saxlanılıb. Yaralanan polis nəfərləri isə tibbi

yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda cinayət işi başlanıb.
 

Elgün Gəncimsoy, Ziya İsmayılov, APA TV – Beyləqan  

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR