Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş prokurorunu qəbul edib

# 15:01
9 aprel 2021

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib.

 

APA TV xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Bildirildi ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.

 

Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu, perspektiv məsələlər müzakirə edildi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR