Prezident İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib

# 16:06
22 fevral 2022

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

 

APA TV xəbər verir ki, Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.

 

Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

 

Azərbaycanın Dövlət Himni səsləndirildi.

 

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR