Prezident İlham Əliyev Özbəkistana səfərə gedib

# 13:39
15 sentyabr 2022

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib.

 

APA TV xəbər verir ki, Səmərqənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Dövlət başçısını Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

 

Səfər çərçivəsində Prezident İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.

 

Prezident İlham Əliyev İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.

 

Hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb.

 

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR