Prezident Qarabağ və Şərqi Zəngəzurla bağlı hansı tapşırığı verib? - NAZİR AÇIQLADI

# 18:30
4 iyun 2022

“Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına keçirilməsi üçün Prezident İlham Əliyev bizim qarşımızda müvafiq tapşırıqlar qoyub”.

 

APA TV-nin xəbərinə görə, bunu Şuşa şəhərində keçirilən Bakı Enerji Forumunun xüsusi sessiyasında jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.

 

Nazir yaşıl enerji zonası konsepsiyasının artıq işlənib hazırlandığını vurğulayıb:

 

“Qarabağda və Şərqi Zəngəzurda bu istiqamətdə artıq ilk işlər başlayıb. Sözsüz ki, bu gün imzalanan bütün layihələr bütün ölkə üçün, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda bir sıra layihələrin yerinə yetirilməsi üçündür. Yaşıl enerji konsepsiyası təkcə generasiya gücləri deyil, eyni zamanda enerjinin ötürülməsi, istehlakı, yaşıl enerji texnologiyalarının və iqtisadiyyatın bütün sahələrində tətbiqini, Qarabağ regionunun çox yaxın gələcəkdə sırf yaşıl enerji zonasına çevrilməsi üçün konkret addımların atılmasını nəzərdə tutur”.

 

Nazir onu da bildirib ki, Şuşa şəhərində bu layihələrin imzalanması, eyni zamanda yaşıl enerji konsepsiyasının müddəalarının yerinə yetirilməsi, həmçinin, nəhəng enerji şirkətlərinin bərpa olunan enerji mənbələri ilə bağlı gələcək işlər barədə bəyanat vermələri bu gün Azərbaycanda həyata keçirilən yaşıl enerji siyasətinin nəticəsidir.

 

Fuad Sadıqov, Kamran Namazov, APA TV

 

PƏRVİZ ŞAHBAZOV – ENERGETİKA NAZİRİ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR